Bakı. Trend:
Süni intellekt böyük ehtimalla 2031-ci ilə qədər bütün bəşəriyyətdən daha ağıllı ola bilər.
Trend xəbər verir ki, bunu Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda İlon Mask bəyan edib.
Mask bildirib: "Bu inkişaf tempi ilə hesab edirəm ki, ilin sonuna və ya gələn il hər bir insandan daha ağıllı süni intellekt əldə edəcəyik. Sonra isə, yəqin ki, 2030 və ya 2031-ci ildə, yəni beş il ərzində, o bütün bəşəriyyətdən daha ağıllı olacaq".
Qeyd edək ki, 2023-cü ilin aprelində Mask süni intellektin hazırlanması ilə məşğul olan “xAI” startapını təsis edib. Bir neçə ay sonra süni intellekt əsaslı “Grok” adlı çat-bot təqdim olunub. Layihənin yaradıcıları iddia edirlər ki, bu məhsul analoqlarından senzuranın olmaması ilə fərqlənir və real vaxtda aktual məlumatlara çıxışı təmin edir.
