...

Moskvada Putin ilə ABŞ nümayəndələri arasında görüş başa çatdı (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 23 Yanvar 2026 04:30 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkov arasında keçirilən görüş 3,5 saatdan çox davam etdikdən sonra başa çatıb.

Trend xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Amerika tərəfdən görüşdə sahibkar Cared Kuşner, Ağ Evin baş müşaviri və ABŞ Baş Xidmətlər Administrasiyasının Federal Satınalma Xidmətinin komissarı Coş Qruenbaum iştirak edib. Rusiya tərəfdən isə danışıqlara prezidentin köməkçisi Yuri Uşakov, xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə prezidentin xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev qatılıb.

xxx

00:54

Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və sahibkar Cared Kuşner arasında görüş başlayıb.

Trend xəbər verir ki, görüş Kreml tərəfindən birbaşa yayımlanır.

Məlumata görə, Rusiya tərəfdən danışıqlarda həmçinin prezidentin köməkçisi Yuri Uşakov və Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kiril Dmitriyev iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti