Bakı. Trend:
Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenə qarşı etimadsızlıq barədə qətnamə Avropa Parlamentinin Strasburqda keçirilən plenar sessiyasında tələb olunan səs sayını toplaya bilməyib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, səsvermənin parlamentin rəsmi saytında canlı yayımlanıb.
Məlumata görə, təşəbbüsün lehinə 165 avroparlamentari səs verib, 390 nəfər əleyhinə çıxış edib, daha 10 nəfər isə bitərəf qalıb.
Qeyd edək ki, Fon Der Lyayen Latın Amerikası ölkələri ilə bağlanan “Merkosür” ticarət sazişində Avropa fermerlərinin və vətəndaşlarının maraqlarını kifayət qədər müdafiə etməməkdə və Komissiyanın səlahiyyətlərini aşmaqda ittiham olunur.
