Bakı. Trend:
23-24 yanvar tarixlərində Əbu-Dabidə (BƏƏ) Rusiya, ABŞ və Ukrayna arasında aparılacaq danışıqlarda ərazilərlə bağlı məsələ əsas mövzu olacaq.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə verdiyi açıqlamasıda Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
“Donbasla bağlı məsələ əsas məsələdir. O və onun modallığı, üç tərəfin ona olan baxışları bu gün və sabah Əbu Dabidə müzakirə olunacaq”, - deyə Zelenski bildirib.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff və kürəkəni Cared Kuşner ilə Rusiya Prezidenti Vladimir Putin arasında aparılan danışqlardan sonra Əbu-Dabidə təhlükəsizlik məsələlərinə dair Rusiya – ABŞ – Ukrayna arasında üçtərəfli işçi qrupunun ilk iclasının, həmçinin iqtisadi məsələlər üzrə ikitərəfli Rusiya-Amerika işçi qrupunun iclasının keçirilməsinə dair razılıq əldə olunub.
