...

Füzulidə 16 kiloqram narkotik vasitə aşkarlandı

Hadisə Materials 23 Yanvar 2026 10:11 (UTC +04:00)
Füzulidə 16 kiloqram narkotik vasitə aşkarlandı
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Füzulidə iki şəxsdən 16 kiloqram narkotik vasitə aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Əyyub Məlikov və əvvəllər məhkum olunmuş Ramil Quliyev saxlanılıblar. Onladan 12 kiloqram 635 qram marixuana, 2 kiloqram 880 qram tiryək, 1 kiloqrama yaxın metamfetamin və 800 ədəd psixotrop tərkibli metodon həbi aşkarlanıb. Bu şəxslərin narkotik vasitələri satmaq məqsədi ilə əldə etdikləri məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb. Ə.Məlikov və R.Quliyev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti