...

İtaliyanın CESI şirkəti Transxəzər “yaşıl enerji dəhlizi"nin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına başlayıb

Yaşıl iqtisadiyyat Materials 23 Yanvar 2026 11:23 (UTC +04:00)
İtaliyanın CESI şirkəti Transxəzər “yaşıl enerji dəhlizi"nin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına başlayıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın "CESI" şirkəti yanvarın 15-dən etibarən Transxəzər “yaşıl enerji dəhlizi"nin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) hazırlanmasına başlayıb.

Trend xəbər verir ki, bunu Mərkəzi Asiya–Azərbaycan “yaşıl enerji” dəhlizi layihəsi çərçivəsində yaradılmış “Yaşıl enerji dəhlizi” Birgə Müəssisəsinin baş direktoru Tural Əliyev ADA Universitetində keçirilən Beynəlxalq Təmiz Enerji Gününə həsr olunmuş dəyirmi masada çıxışı zamanı bildirib.

“2025-ci ilin dekabrında CESI şirkəti Mərkəzi Asiya–Azərbaycan “yaşıl enerji dəhlizi" layihəsinin texniki iqtisadi əsaslandırılmasının hazırlanması üzrə məsləhətçi tərəfdaş seçilib. 2026-cı ilin yanvarında isə mütəxəssislər artıq işə başlayıblar”, – deyə T. Əliyev qeyd edib.

Baş direktor bildirib ki, bu proses Mərkəzi Asiyadan Avropaya “yaşıl enerji"nin nəqli üzrə texniki, ekoloji və maliyyə əsaslandırmasını, həmçinin layihənin həyata keçirilməsi üçün tələb olunan resursların öyrənilməsini əhatə edir.

Xatırladaq ki, 4 aprel 2025-ci il tarixində Azərbaycan Energetika Nazirliyi, Gürcüstan İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi, Türkiyə Energetika və Təbii Sərvətlər Nazirliyi və Bolqarıstan Energetika Nazirliyi arasında “yaşıl elektrik enerjisi"nin ötürülməsi və ticarət sahəsində əməkdaşlıq üzrə Memorandum imzalanıb.

Sənəd regionda bərpa olunan mənbələrdən əldə olunan elektrik enerjisinin ötürülməsi infrastrukturlarının inkişafını, həmçinin Cənubi Qafqaz ölkələri, Türkiyə və Avropa İttifaqı arasında “yaşıl elektrik enerjisi"nin sərhədlərarası ticarətinin genişləndirilməsinə hədəflənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti