...

Azərbaycan nefti ucuzlaşdı

Energetika Materials 23 Yanvar 2026 09:32 (UTC +04:00)
Azərbaycan nefti ucuzlaşdı
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın Auqusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,32 ABŞ dolları və ya 1,9% azalaraq 66,63 dollar təşkil edib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,37 dollar və ya 2,1% ucuzlaşaraq 64,07 dollar təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,83 dollar və ya 2,3% azalaraq, 35,28 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,65 dollar və ya 2,4% azalaraq 65,78 dollar/barel təşkil edib.

Azərbaycanın 2026-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xəbər lenti

Xəbər lenti