...

İspaniyada sərnişin qatarı kranla toqquşub

Dünya xəbərləri Materials 23 Yanvar 2026 05:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyada son iki faciəli qəzadan sonra yeni bir qatar hadisəsi qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə “Deutsche Welle” məlumat yayıb.

Ölkənin cənub-şərqində yerləşən Kartaxena liman şəhəri yaxınlığında sərnişin qatarı kranla toqquşub. Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.

İspaniyanın dəmir yolu operatoru Renfe-nin məlumatına görə, qəza cümə axşamı, yanvarın 22-də baş verib. Toqquşmadan sonra Kartaxena ilə təxminən yarım saatlıq məsafədə yerləşən Los Nietos şəhəri arasındakı qatar reysləri müvəqqəti olaraq dayandırılıb.

Hadisənin səbəbləri araşdırılır.

Xəbər lenti

Xəbər lenti