...

“Qarabağ”ın hücumçusu ÇL-in bombardirləri siyahısında

İdman Materials 22 Yanvar 2026 13:39 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Qarabağ”ın hücumçusu Kamilo Duran UEFA Çempionlar Liqasının bombardirlər siyahısında yer alıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Ağdam klubunun kolumbiyalı futbolçusu TOP-10-luqda yer alır.

Ehtiyatında 4 qolu olan 23 yaşlı oyunçu 9-cu yeri tutur. Duranla yanaşı daha 10 futbolçu 4 dəfə rəqib qapılarına yol tapıb.

Bombardirlər siyahısına 11 qolla “Real”ın hücumçusu Kilian Mbappe başçılıq edir.

“Qarabağ”ın daha bir futbolçusu Leandro Andrade isə 3 qolla 20-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Kamilo Duran dünən “Ayntraxt”a qarşı görüşdə (3:2) 2 qol vurub. O, həm də matçın ən yaxşı oyunçusu seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti