...

Beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq böyük əhəmiyyətə malikdir – Milli Məclisin sədri

Siyasət Materials 23 Yanvar 2026 14:18 (UTC +04:00)
Beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq böyük əhəmiyyətə malikdir – Milli Məclisin sədri
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bugünkü görüşümüzdə parlamentlərimiz arasında əlaqələri də müzakirə etdik.

Trend xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosiasla birgə keçirdiyi brifinqdə deyib.

Spiker bildirib ki, görüşdə parlament üzvləri, ayrı-ayrı nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyəti vurğulanıb.

“Digər tərəfdən, beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq, qarşılıqlı dəstək də böyük əhəmiyyətə malikdir. Xanım Armenqolla Cənubi Afrikanın Keyptaun şəhərində “Böyük iyirmilik” ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammiti çərçivəsində keçirdiyimiz görüşü və müzakirələri də məmnunluqla qeyd etdik.

Şübhəsiz ki, parlamentlərimiz arasındakı əlaqələri daha da genişləndirmək üçün yaxşı imkanlar mövcuddur. Və elə xanım Armenqolun səfəri də bu imkanlardan istifadə etmək niyyətimizi təsdiq edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti