...

Suriyadan gətirilən ana uşaqları ilə birlikdə sosial xidmət müəssisəsinə yerləşdirildi

Cəmiyyət Materials 23 Yanvar 2026 11:35 (UTC +04:00)
Suriyadan gətirilən ana uşaqları ilə birlikdə sosial xidmət müəssisəsinə yerləşdirildi
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Hökuməti tərəfindən Suriyadan ölkəmizə repatriasiya olunmuş daha 5 nəfər (ana və 4 övladı) vətəndaşımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilib.

Trend xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyi məlumat yayıb.

Bildirilib ki, repatriasiya olunmuş şəxslərə ilkin tibbi, sosial-psixoloji dəstək göstərilib.

Növbəti mərhələdə isə Agentliyin sosial işçiləri və psixoloqları onların yaşadıqları ünvana gedərək, təfsilatlı qiymətləndirməsini aparacaq. Hər bir repatriantla bağlı fərdi inkişaf planı hazırlanaraq, həmin plan əsasında aidiyyəti qurumlarla əməkdaşlıq şəraitində onlarla bağlı dəstək tədbirləri davam etdiriləcək.

Son illərdə Sosial Xidmətlər Agentliyi ölkəmizə repatriasiya edilmiş 600-ə yaxın şəxsi sosial reabilitasiya xidmətlərinə cəlb edib. Onlardan hazırda 63 repatriantla sosial reabilitasiya işi davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti