Bakı. Trend:
Bu ilin yanvar - may aylarında banklar 430.7 milyon manat xalis mənfəət əldə edib.
Trend Mərkəzi Banka istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrünə nisbətən 17,1% azdır.
Bank sektorunun əməliyyat mənfəəti isə 3,3% azalaraq 708.2 milyon manat təşkil edib.
Bu ilin 5 ayında banklar tərəfindən 109 milyon manat məbləğində mənfəət vergisi ödənilib. Ötən ilin eyni dövründə bu rəqəm 107.4 milyon manat təşkil edib.