...

Ermənistanda dövlət çevrilişinə cəhd işi ilə bağlı 14 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 25 İyun 2025 18:33 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanda İstintaq Komitəsinin terror və hakimiyyəti ələ keçirməyə hazırlıqla bağlı açılmış cinayət işi çərçivəsində hüquq mühafizə orqanları 90-dan çox axtarış həyata keçirib, 14 nəfəri saxlayıb.

Trend xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin saytında məlumat yayılıb.

Məlumata əsasən, axtarışların gedişində güc strukturu əməkdaşları qeyd olunan cinayətlərə aid sənədlər və əşyalar o cümlədən, odlu silah və sursat, hərəkət planları, “verbovka” (cəlb olunmuş) şəxslərin siyahılarını, dronlar, qanunazid fəaliyyətlərin xronologiyası və s. aşkarlanıb.

İstintaq Komitəsinin təqdimatı əsasında prokuror 16 nəfər barəsində cinayət işi başlanması haqqında qərar çıxarıb və bu qərarlar təmin edilib. Hazırda 14 nəfər saxlanılıb.

Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi “Müqəddəs Mübarizə” hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyanı və onun tərəfdarlarını respublikada hakimiyyəti ələ keçirmək məqsədilə terror aktlarının hazırlanmasında ittiham edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti