...

“Zenit”in yarımmüdafiəçisi Vendel Türkiyədə oynaya bilər

İdman Materials 26 İyun 2025 00:45 (UTC +04:00)
“Zenit”in yarımmüdafiəçisi Vendel Türkiyədə oynaya bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Zenit” klubunun yarımmüdafiəçisi Vendel karyerasını Türkiyədə davam etdirə bilər.

Trend xəbər verir ki, Türkiyənin “Fənərbaxça” klubu braziliyalı futbolçu ilə maraqlanır.

Rusiya klubu bu keçid üçün 20 milyon avro qiymət tələb edir. Qeyd edək ki, “Zenit” əvvəllər “Botafoqo” klubu ilə Vendelin transferi ilə bağlı razılıq əldə etsə də, danışıqlar son anda baş tutmayıb. İndi isə “Fənərbaxça” bu imkandan yararlanmağa çalışır.

Vendel Rusiya Premyer Liqasının son mövsümündə 27 matçda çıxış edərək 2 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti