...

Azərbaycana ən çox turist axını haradan olub? - SİYAHI

Turizm Materials 25 İyun 2025 16:52 (UTC +04:00)
Azərbaycana ən çox turist axını haradan olub? - SİYAHI
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında Azərbaycan Respublikasına dünyanın 178 ölkəsindən 979,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, gələnlərin 24,6 faizi Rusiya Federasiyası, 17,7 faizi Türkiyə, 10,7 faizi Hindistan, 8,6 faizi İran, 4,4 faizi Gürcüstan, 3,6 faizi Qazaxıstan, 2,9 faizi Səudiyyə Ərəbistanı, 2,8 faizi Pakistan, hər birindən 2,0 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və İsrail, hər birindən 1,9 faiz olmaqla Özbəkistan və Çin, 1,4 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər birindən 1,0 faiz olmaqla Belarus və Küveyt, 12,2 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 68,9 faizini kişilər, 31,1 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 2,5 dəfə, Tacikistandan - 1,7 dəfə, Çindən - 1,5 dəfə, İordaniyadan - 44,3 faiz, Qırğızıstandan - 39,5 faiz, Yaponiyadan - 35,4 faiz, Pakistandan - 21,1 faiz, Qazaxıstandan - 20,4 faiz, Cənubi Koreyadan - 18,2 faiz, Niderlanddan - 17,7 faiz, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən - 17,5 faiz, Kanadadan - 17,0 faiz, ABŞ-dan - 16,0 faiz, İspaniyadan - 15,7 faiz, Hindistandan - 15,1 faiz, İtaliyadan - 13,2 faiz, Misirdən - 10,6 faiz artıb.

2024-cü ilin yanvar-may ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,9 faiz artaraq 39,0 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 1,6 faiz azalaraq 153,7 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 7,8 faiz azalaraq 326,7 min nəfər olmuş, digər ölkələrdən gələnlərin sayı isə 10,4 faiz artaraq 460,5 min nəfər təşkil edib.

Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 73,4 faizi hava, 25,2 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.

2024-cü ilin yanvar-may ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 0,1 faiz azalaraq 807,6 min nəfər olub. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 27,3 faiz, Gürcüstana gedənlərin sayı 22,8 faiz artıb, Türkiyəyə gedənlərin sayı 6,2 faiz, Rusiya Federasiyasına gedənlərin sayı isə 25,3 faiz azalıb. Azərbaycan Respublikası vətəndaşlarının 36,5 faizi Türkiyəyə, 16,4 faizi Rusiya Federasiyasına, 11,0 faizi Gürcüstana, 11,0 faizi İrana, 25,1 faizi digər ölkələrə səfər edib. Gedənlərin 66,8 faizini kişilər, 33,2 faizini qadınlar təşkil edib.

2025-ci ilin yanvar-may aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 67,8 faizi hava, 30,0 faizi dəmir yolu və avtomobil, 2,2 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti