Bakı. Trend:
İyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü ilə əlaqədar Bakı, Gəncə, Xankəndi və Laçın şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunacaq.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Hərbi qulluqçular iyunun 26-da saat 10:00-dan 12:00-dək aşağıdakı
marşrutlar üzrə yürüş edəcəklər:
Bakı şəhəri üzrə:
* Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi -
Neftçilər prospekti - Azadlıq meydanı – “AMAY” ticarət mərkəzi;
* Şəhidlər Xiyabanı – “Alov Qüllələri” Kompleksi – “İçərişəhər”
metrostansiyası - Qala qapısı - Azərbaycan Dövlət Kukla teatrı -
Azneft dairəsi - Bəhram Gur heykəli;
* Qəzənfər Musabəyov parkı - Əbdürrəhim bəy Haqverdiyev küçəsi -
Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti -
Şəhidlər Xiyabanı;
* “Olimpik Star” İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi -
Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı -
İmadəddin Nəsimi heykəli - Neftçilər prospekti;
* Nəriman Nərimanov heykəli - Mərkəzi Park - Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı -
Azərbaycan Respublikasının Mərkəzi Bankı - 28 Mall Ticarət
Mərkəzi;
Gəncə şəhəri üzrə:
* Nizami Gəncəvi küçəsi (Bayraq meydanının qarşısı) - Heydər Əliyev
küçəsi - Sabir küçəsi - Atatürk küçəsi;
Xankəndi və Laçın şəhərlərinin mərkəzi küçə və
prospektləri.