...

BDYPİ-dən qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə MÜRACİƏT

Cəmiyyət Materials 25 İyun 2025 16:38 (UTC +04:00)
BDYPİ-dən qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə MÜRACİƏT
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Qarşıdakı qeyri-iş günlərində avtomobil yollarında nəqliyyat axınının əhəmiyyətli dərəcədə artacağı gözlənilir.

Trend xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, hərəkət intensivliyinin artması fonunda qabaqlayıcı tədbirlər görməklə yanaşı səfərə hazırlaşan sürücülərə müraciət edərək onlara nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyi, mümkün qədər günün işıqlı vaxtı yola çıxmağı tövsiyə edir.

"Bununla yanaşı, sürücülər yorğun, yuxusuz halda sükan arxasına əyləşməkdən çəkinməli, hərəkət zamanı sürət rejimini yol və hava şəraitinə uyğun seçməli, ötmə və manevretmə qaydalarını pozmamalıdırlar.

Dəyərli sürücülər!

Yolboyu nümunəvi sürücü davranışı sərgiləməklə digər hərəkət iştirakçılarına örnək, intizamsız sürücülərə münasibətdə səbrli və təmkinli olun. Tövsiyələrə riayət etməklə tətil günlərinizin yaddaqalan olmasına töhfə verin!",- məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti