...

"Eurofighter" qırıcıları ilə bağlı danışıqlar müsbət istiqamətdə irəliləyir - Ərdoğan

Dünya xəbərləri Materials 25 İyun 2025 22:34 (UTC +04:00)
"Eurofighter" qırıcıları ilə bağlı danışıqlar müsbət istiqamətdə irəliləyir - Ərdoğan
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Eurofighter Typhoon" döyüş təyyarələrinin alınması ilə bağlı Böyük Britaniya və Almaniya ilə aparılan danışıqlar müsbət istiqamətdə davam edir.

Trend xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Haaqa sammitindən sonra keçirilən mətbuat konfransında açıqlama verib.

“Həm Böyük Britaniya, həm də Almaniya ilə görüşlərimiz olub, bunu edirik və bununla bağlı müsbət irəliləyişlər var”, – deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyə daha əvvəl "Eurofighter Typhoon" qırıcılarının alınması üçün müvafiq tərəflərlə danışıqlar apardığını bəyan etmişdi.

Xəbər lenti

Xəbər lenti