Bakı. Trend:
Yevlax rayonunda iki yük maşınının toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.
Trend-in yerli müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Yevlax ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "TIR" daş yüklü digər yük maşınına çırpılıb.
Qəza nəticəsində "TIR"ın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Yevlax rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.