...

"Mançester Yunayted" Viktor Lindelöflə yollarını ayırıb

İdman Materials 26 İyun 2025 04:46 (UTC +04:00)
"Mançester Yunayted" Viktor Lindelöflə yollarını ayırıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Mançester Yunayted" isveçli müdafiəçi Viktor Lindelöflə yollarını ayırıb.

Trend xəbər verir ki, klub futbolçunun başa çatan müqaviləsinin müddətini uzatmamağa qərar verib.

2017-ci ildən “qırmızı şeytanlar”ın formasını geyinən Lindelöf tez-tez yaşadığı zədələrlə yadda qalıb. 30 yaşlı futbolçu 8 mövsüm ərzində komandanın heyətində ümumilikdə 284 rəsmi oyuna çıxaraq 4 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib.

Qeyd edək ki, isveçli müdafiəçi başa çatan 2023/2024 mövsümündə bütün turnirlər üzrə cəmi 25 matçda meydana çıxıb.

Xəbər lenti

Xəbər lenti