...

İran şərqdəki hava limanlarının fəaliyyətini bərpa edib

Dünya xəbərləri Materials 26 İyun 2025 02:22 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran hakimiyyəti iyunun 25-dən ölkənin şərqində yerləşən hava limanlarının fəaliyyətini bərpa edib.

Trend xəbər verir ki, bu barədə İranın Yol və Şəhərsalma Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilir ki, İran şərq hissəsi üzərində səmanı daxili, beynəlxalq və tranzit uçuşlar üçün açıb.

Fəaliyyəti bərpa olunan hava limanları arasında Səbzevar, Məşhəd, Bircənd, Zabol, Zahedan, Saravan, Çabahar, İranşəhr, Sərəxs, Qonabad, Ciroft və Cask şəhərlərinin hava limanları yer alır.

Xəbər lenti

Xəbər lenti