...

Britaniya Ukraynaya 350 modifikasiya olunmuş HHM raketi tədarük edəcək

Dünya xəbərləri Materials 25 İyun 2025 12:06 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Britaniya hökuməti Rusiyanın dondurulmuş aktivlərinin faizlərindən ilk dəfə olaraq istifadə olunmaqla Kiyevə Hava Hücumlarından Müdafiə sisteminə aid 350 təkmilləşdirilmiş raket tədarük edəcək.

Trend xəbər verir ki, bu barədə “The Guardian” yazır.

Məlumata görə, Böyük Britaniya "hava-hava" sinfinə aid ASRAAM tipli raketlərin yerüstü buraxılış üçün uyğunlaşdırılmasına 70 milyon funt sterlinq (95,2 milyon dollar) xərcləyib.

İlk dəfədir ki, London dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərdən Ukraynaya hərbi tədarük məqsədilə birbaşa istifadə edir. Modifikasiya olunmuş raketlər daha əvvəl Ukrayna Silahlı Qüvvələrinə göndərilmiş səkkiz və hələ yolda olan beş ədəd “Raven” HHM sistemindən buraxılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti