Bakı. Trend:
Türkiyədə mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər ölüb, daha 8 nəfər xəsarət alıb.
Trend xəbər verir ki, hadisə Sivasda qeydə alınıb.
Hadisə yerinə yol polisi və təcili tibbi yardım briqadaları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.