...

Azərbaycan neftinin qiyməti 72 dollara enib

İqtisadiyyat Materials 25 İyun 2025 09:37 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti 72 dollara enib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 7,96 ABŞ dolları və ya 9,94% azalaraq 72,12 dollar/barel təşkil edib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 7,92 dollar və ya 10,06% ucuzlaşaraq 70,80 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 8,3 dollar və ya 12,91% azalaraq, 55,97 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 8,54 dollar və ya 11% azalaraq 69,12 ABŞ dolları təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xəbər lenti

Xəbər lenti