...

Çexiya ÜDM-in 5%-dək müdafiə xərclərinə razıdır – Baş nazir

Dünya xəbərləri Materials 26 İyun 2025 06:02 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çexiya hökuməti ölkənin müdafiə xərclərini Ümumi Daxili Məhsulun (ÜDM) 5 faizinə qədər artırmağa hazırdır.

Trend xəbər verir ki, bunu Baş nazir Pyotr Fiala hökumətin iclasından sonra verdiyi açıqlamada bildirib.

O qeyd edib ki, bu məsələ Şimali Atlantika Alyansının Haaqada keçirilən sammitində gündəmə gətirilib və Çexiya nümayəndə heyətinə hökumət tərəfindən verilmiş mandat ilkin olaraq belə artıma razılıq verilməsi imkanını nəzərdə tuturdu.

Baş nazir xatırladıb ki, mart ayında qəbul edilən qərara əsasən, Çexiya 2030-cu ilə qədər müdafiə xərclərini hər il ÜDM-in 0,2 faizi səviyyəsində artıraraq, ümumilikdə 3 faizə çatdırmağı planlaşdırır:
“Əgər bu artım sonrakı illərdə də davam etdirilərsə, 2032-ci və ya 2035-ci ilə qədər müdafiə xərclərinin 3,5 faiz səviyyəsinə çatması çətin olmayacaq”.

Xatırladaq ki, NATO-nun Haaqa sammitində qəbul edilən qərara əsasən, müttəfiq ölkələr 2035-ci ilə qədər müdafiə xərclərini ÜDM-in 5 faizinə qədər artırmağı öhdəlik kimi götürüblər. Bu öhdəliyə 2029-cu ildə yenidən baxılacaq. Sammitdə həmçinin NATO Nizamnaməsinin 5-ci maddəsində nəzərdə tutulan kollektiv müdafiə prinsipinə sadiqlik bir daha təsdiqlənib.

Xəbər lenti

Xəbər lenti