...

Böyük Britaniya ABŞ-dən nüvə silahı daşıya bilən F-35A qırıcıları alacaq

Dünya xəbərləri Materials 25 İyun 2025 23:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya ABŞ-dən nüvə silahı daşımaq qabiliyyətinə malik ən azı 12 ədəd F-35A tipli qırıcı-bombardmançı təyyarə alacaq.

Trend xarici mediaya istinadla xəbər verir ki, bu addım 1990-cı ildən bəri Britaniyanın nüvə qabiliyyətinin gücləndirilməsi istiqamətində atılan ən böyük addım hesab olunur.

Alınacaq F-35A qırıcılarının ölkənin şərqində yerləşən Norfolkdakı RAF Marham hərbi hava bazasında yerləşdirilməsi planlaşdırılır. Bu təyyarələr həm modern hərbi imkanların genişləndirilməsi, həm də NATO-nun nüvə qüvvələrinin bir hissəsi kimi Britaniyanın rolunun gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Xəbər lenti

Xəbər lenti