...

NATO liderləri müdafiə xərclərini ÜDM-in 5%-dək artırmağı dəstəkləyib

Dünya xəbərləri Materials 25 İyun 2025 22:46 (UTC +04:00)
NATO liderləri müdafiə xərclərini ÜDM-in 5%-dək artırmağı dəstəkləyib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çərşənbə günü NATO liderləri ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü müdafiə xərclərinin artırılması tələbini dəstəkləyərək, ÜDM-in 5%-dək müdafiəyə yönəldilməsinə razılıq veriblər.

Trend xəbər verir ki, Hollandiyanın Haaqa şəhərində keçirilən qısa sammit zamanı 32 müttəfiq dövlət, həmçinin bir-birlərini hücumdan müdafiə etmək öhdəliyini bir daha təsdiqləyiblər.

Zirvə NATO-nun kollektiv təhlükəsizlik prinsiplərini və müdafiə xərclərinin artırılması niyyətini rəsmi şəkildə gücləndirib.

Yeni hədəf növbəti 10 il ərzində əldə olunacaq və bu, hazırkı ÜDM-in 2%-lik müdafiə xərcindən yüz milyardlarla dollar çox deməkdir. Qeyd olunur ki, bu xərc fərqli şəkildə ölçüləcək.

Yeni razılaşmaya əsasən, ölkələr ÜDM-in 3,5%-ni qoşunlar və silahlar kimi əsas müdafiə ehtiyaclarına, 1,5%-ni isə kibertəhlükəsizlik, boru kəmərlərinin mühafizəsi, ağır texnikanın yerləşdirilməsi üçün infrastrukturun təkmilləşdirilməsi və digər genişmiqyaslı müdafiə tədbirlərinə ayıracaqlar.

Beş maddədən ibarət olan birgə bəyanatda NATO yalnız Trampın çağırışına cavab verməklə kifayətlənməyib, eyni zamanda, Rusiyanın 2022-ci ildə Ukraynaya hücumundan sonra artan təhlükəsizlik risklərinə qarşı addım atdığını bəyan edib.

Bəyanatda, həmçinin kollektiv müdafiə prinsipinə – NATO-nun 5-ci maddəsinə – bir daha sarsılmaz sadiqlik ifadə olunub: “Biz Vaşinqton müqaviləsinin 5-ci maddəsində təsbit edilən kollektiv müdafiəyə sarsılmaz sadiqliyimizi bir daha təsdiqləyirik ki, birinə hücum hamıya hücumdur”.

Sammitə doğma şəhəri Haaqada ev sahibliyi edən NATO-nun baş katibi Mark Rütte bəyan edib ki, NATO “daha güclü, daha ədalətli və daha öldürücü” bir ittifaqa çevriləcək.

Xəbər lenti

Xəbər lenti