Bakı. Trend:
Keniyada keçirilən kütləvi etiraz aksiyaları zamanı azı 16 nəfər həlak olub.
Trend xəbər verir ki, bu barədə Keniya Milli İnsan Haqları Komissiyasının yaydığı birgə bəyanatda məlumat verilib.
Qurumun icraçı direktoru İrunqu Houghton bildirib ki, etirazlar zamanı 16 nəfərin öldüyü təsdiqlənib və onların əksəriyyətinin polis tərəfindən öldürüldüyü qeyd olunub.
Xatırladaq ki, iyunun 25-də Keniyada keçirilən nümayişlər ölkədə vergilərin artırılmasına qarşı və Prezident Uilyam Rutonun istefasına dəstək məqsədilə təşkil olunub. Aksiyalar həm də ötən ilin iyununda başlayan etirazların ildönümünə təsadüf edib.
XXX
21:45
Keniyada baş verən etiraz aksiyaları zamanı azı 8 nəfər həyatını itirib, 400-dən çox şəxs isə xəsarət alıb.
Trend xəbər verir ki, bu barədə Keniya Hüquq Cəmiyyəti, Polis İslahatı İşçi Qrupu və Keniya Tibb Assosiasiyasının yaydığı birgə bəyanatda bildirilib.
Təşkilatlar həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, nümayişlərin ölkənin 47 dairəsindən 23-nə yayıldığını qeyd ediblər.
Bəyanatda vurğulanıb ki, tibbi yardım göstərilən 400 nəfərdən 83-ü ağır bədən xəsarətləri alıb: “Ən azı səkkiz etirazçı güllə yarası alıb. Yaralılar arasında üç polis əməkdaşı da var”.