Bakı. Trend:
Yeni mövsümdə daha iddialı çıxış etməyi planlaşdıran “Kəpəz” transfer çalışmalarını davam etdirir.
Trend xəbər verir ki, Gəncə təmsilçisi Qabon milli komandasının hücumçusu Fahd Ndzenqueni heyətinə qatmağa yaxındır.
Hazırda Şimali Makedoniyanın “Brera” klubunun formasını geyinən 27 yaşlı futbolçu ilə danışıqlar yekun mərhələyə çatıb. Qeyd edək ki, onun “Brera” ilə müqaviləsi 2026-cı ilin iyunun 30-na qədər qüvvədədir.
Fahd Ndzenquenin daha əvvəl “Mounana, “Tabor” və “Primorye” klublarında da çıxış etdiyi bildirilir.