...

Azərbaycanda Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi ilə aparılan əməliyyatların həcmi açıqlanıb

İqtisadiyyat Materials 26 İyun 2025 11:30 (UTC +04:00)
Azərbaycanda Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi ilə aparılan əməliyyatların həcmi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin may ayı ərzində Azərbaycanda Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) aparılan tranzaksiyaların həcmi 3,9 milyard manatı, sayı isə 9,7 milyon ədədi ötüb.

Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata əsasən, 2024-cü ilin eyni ayının göstəricilərinə nisbətdə XÖHKS üzrə aparılan əməliyyatların həcmində 132,7 milyon manat və ya 3,3%, sayında isə 4,3 milyon vahid və ya 31% azalma qeydə alınıb.

Belə ki, 2024-cü ilin mayında ölkədə XÖHKS vasitəsilə aparılan əməliyyatların həcmi 4 milyard manatı, sayı isə 14 milyon ədədi ötmüşdü.

Cari ilin may ayında XÖHKS üzrə reallaşan bir ödənişin məbləği 403,4 manat təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 115,5 manat və ya 40,1% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti