...

Ani Ödənişlər Sistemi ilə aparılan əməliyyatların sayı 4 dəfəyə yaxın artıb

İqtisadiyyat Materials 26 İyun 2025 12:02 (UTC +04:00)
Ani Ödənişlər Sistemi ilə aparılan əməliyyatların sayı 4 dəfəyə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin may ayı ərzində Azərbaycanda Ani Ödənişlər Sistemi (AÖS) aparılan tranzaksiyaların həcmi 163 milyon manatı, sayı isə 245 min ədədi ötüb.

Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata əsasən, 2024-cü ilin eyni ayının göstəricilərinə nisbətdə AÖS üzrə aparılan əməliyyatların həcmində 76,5 milyon manat və ya 88,4%, sayında isə 180,9 min vahid və ya 3,8 dəfə artım qeydə alınıb.

Belə ki, 2024-cü ilin mayında ölkədə AÖS vasitəsilə aparılan əməliyyatların həcmi 86,5 milyon manatı, sayı isə 64,1 min ədədi ötmüşdü.

Cari ilin may ayında AÖS üzrə reallaşan bir ödənişin məbləği 0,7 min manat təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,6 min manat və ya 85,7% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti