...

Yeni “Ceymz Bond” filminin rejissoru məlum oldu

Dünya xəbərləri Materials 26 İyun 2025 09:19 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Agent 007: Ceymz Bond” saqasından olan növbəti filmin rejissorunun kimliyinə aydınlıq gəlib.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, Ekşn filminin çəkilişi “Oskar” mükafatına namizd olmuş dünyaca məşhur fransız əsilli Kanadalı rejissor Denis Vilnyova (Denis Villeneuve) həvalə olunub.

Studiyanın yaydığı bəyanatda Vilnyov özünü “sadiq bir Ceyms Bond pərəstişkarı” adlandıraraq, franşizanı “ənənəyə sadiq qalaraq” davam etdirmək niyyətində olduğunu bildirib.

Fevral ayında uzun illərdir Bond filmlərinin prodüseri olan Barbara Brokkoli və Maykl G. Uilson vəzifələrindən ayrıldıqdan sonra “007” filmlərinin gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaranmışdı.

Denis Villnyov "Gəliş" (Arrival), "Ülgüclə qaçan 2049" (Blade Runner 2049) və "Dyuna" (Dune) kimi məşhur filmlərin rejissoru kimi tanınır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti