...

“AzInTelecom” “Fintex Summit 2025”də iştirak edib (FOTO)

Cəmiyyət Materials 26 İyun 2025 10:14 (UTC +04:00)
“AzInTelecom” “Fintex Summit 2025”də iştirak edib (FOTO)

Bakı. Trend:

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC-nin dəstəyi ilə Bakıda Maliyyə Texnologiyaları Sammiti (Fintex Summit 2025) təşkil olunub.

24-25 iyun tarixlərində keçirilən, bank və maliyyə ekosistemində yeni trendlər, innovativ həllər, maliyyə texnologiyası mövzularını əhatə edən tədbirdə Azərbaycanda və xaricdə fəaliyyət göstərən nüfuzlu şirkətlərin, eləcə də yerli qurumların rəhbər şəxsləri iştirak ediblər.

Tədbir ərazisində quraşdırılmış “AzInTelecom” stendində iştirakçılara SİMA və şirkətin digər rəqəmsal məhsulları ilə bağlı məlumat verilib.

Sammitin ilk günü “AzInTelecom”un Məhsul və xidmətlər şöbəsinin müdiri Tamerlan Məşədihəsənli panel müzakirələrdə SİMA texnologiyasının maliyyə sektoru üçün üstünlüklərindən danışıb. O bildirib ki, fərdi sahibkarlar üçün “SİMA İmza”nın İnternet Vergi İdarəsinə genişmiqyaslı inteqrasiyası tamamlanıb və hazırda sahibkarlar “6AYPULSUZ” promokudu ilə “SİMA İmza” tətbiqindən 6 ay müddətdə pulsuz istifadə edə bilərlər.

T.Məşədihəsənli SİMA-nın maliyyə sektoru üçün yeni xidmətlərindən sayılan “SİMA KYC Videozəng” və “Videoqeydiyyat” həlləri barədə də danışıb. O, bu xidmət sayəsində maliyyə qurumlarının vətəndaşların şəxsiyyətini real vaxt rejimində yüksək dəqiqlik və etibarlılıqla təsdiqləyə bildiyini qeyd edib.

Qeyd edək ki, “SİMA KYC” qurumlar və istifadəçilər arasında rəqəmsal körpü rolunu oynamaqla şəxsin identifikasiyasını real vaxt rejimində əldə etmək imkanı yaradır. Bu həll vətəndaşın şəxsiyyətini təsdiqləmək üçün lazım olan bütün proseslərdə tətbiq oluna bilər. “SİMA KYC” ilə bağlı ətraflı məlumatı sima.az saytından və 157 Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti