...

Azərbaycan Çin şirkəti ilə "yaşıl enerji dəhlizi"nin inkişafı üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıb

Energetika Materials 26 İyun 2025 12:07 (UTC +04:00)
Azərbaycan Çin şirkəti ilə "yaşıl enerji dəhlizi"nin inkişafı üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Çinin “China Datang Overseas Investment Co. Ltd” şirkəti ilə "yaşıl enerji dəhlizi"nin inkişafı üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edib.

"Çində “China Datang Korporasiyası”nın sədri Lyu Jun ilə səmərəli görüş keçirdik. “China Datang Overseas Investment Co. Ltd” ilə dənizdə külək enerjisinin inkişafı və günəş elektrik stansiyasının tikintisi layihələrinin icrasını müzakirə etdik. Şirkətlə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi arasında "yaşıl enerji dəhlizi"nin inkişafı üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzaladıq", - paylaşımda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti