...

Paşinyan bu səbəbə görə güc strukturu əməkdaşlarını mükafatlandıra bilər

Dünya xəbərləri Materials 26 İyun 2025 13:03 (UTC +04:00)
Paşinyan bu səbəbə görə güc strukturu əməkdaşlarını mükafatlandıra bilər
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Güc strukturları əməkdaşları erməni dövlətçiliyinin, habelə Ermənistanın təhlükəsizliyi və sabitliyinə qarşı yönəlmiş cinayətin üstünü açıblar və onlara buna görə dövlət mükafatı ilə təltfi olunmalıdırlar.

Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan canlı yayım zaman bildirib.

“Dövlətçiliyimizə, təhlükəsizliyimizə və Ermənistanın sabitliyinə qarşı yönəlmiş cinayət ifşa olunub. Təbii ki, bu planın həyata keçirilməsinin qarşısı alınıb. Hüquq-mühafizə orqanlarımızın bütün əməkdaşlarına təşəkkürümü bildirirəm”, – deyə Ermənistanın baş naziri bildirib.

O, Ermənistan prezidenti ilə hüquq-mühafizə orqanlarının bu planın ifşasında fəal iştirak etmiş əməkdaşlarının dövlət mükafatlarına təqdim edilməsi məsələsini müzakirə etdiyini qeyd edib.

Paşinyanın sözlərinə görə, baş verən hadisə ilə bağlı kifayət qədər geniş material dərc olunub və onun buna əlavə edəcəyi heç nə yoxdur. Ermənistan baş naziri effektiv istintaqın aparılacağına və cəmiyyətin onun nəticələr barədə lazımi qaydada məlumatlandırılacağına əminlik ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti