...

Banklararası Kart Mərkəzi vasitəsilə aparılan əməliyyatların həcmi açıqlanıb

İqtisadiyyat Materials 26 İyun 2025 14:41 (UTC +04:00)
Banklararası Kart Mərkəzi vasitəsilə aparılan əməliyyatların həcmi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin iyunun 1-nə Azərbaycanda Banklararası Kart Mərkəzi (BKM) vasitəsilə 72 milyon ədəd həcmdə 3,3 milyard manat emal olunmuş ödəniş əməliyyatları aparılıb.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsində 21,7 milyon ədəd və ya 43,1%, məbləğ baxımından isə 944 milyon manat və ya 39,9% çoxdur.

Bundan başqa, 2025-ci ilin iyunun 1-nə Azərbaycanda Banklararası Kart Mərkəzi (BKM) vasitəsilə 26,8 min ədəd həcmdə 6,7 milyon ABŞ dolları məbləğində emal olunmuş ödəniş əməliyyatları aparılıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsində 5,6 min ədəd və ya 26,4%, məbləğ baxımından isə 1,4 milyon ABŞ dolları və ya 26,4% artım deməkdir.

Eyni zamanda, cari ilin iyunun 1-nə ölkədə BKM vasitəsilə 14,7 min ədəd həcmdə 1,9 milyon avro məbləğində emal olunmuş ödəniş əməliyyatları həyata keçirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici həcm baxımından 151,1 min ədəd və ya 11,3 dəfə, məbləğ ifadəsində isə 3,4 milyon avro və ya 2,8 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti