Bakı.Trend:
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakın dəvəti ilə İstanbul şəhərinə yola düşüb.
Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Səfər proqramına əsasən, Azərbaycan nümayəndə heyətinin əvvəlcə
İstanbul şəhərində “Sülhün Müdafiəçisi - 2025” beynəlxalq təlimini
izləməsi, sonra isə Konya şəhərində “Anadolu Qartalı - 2025”
beynəlxalq təliminin Yüksək Səviyyəli Müşahidəçi Günündə iştirakı
planlaşdırılıb.
Qeyd edək ki, səfər çərçivəsində general-polkovnik K.Vəliyevin
Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler ilə
görüşü də nəzərdə tutulub.