Bakı. Trend:
Cənubi Çinin Yunnan əyalətində yaşayan yarasaların orqanizmində daha əvvəl məlum olmayan virus aşkar edilib.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, viruslardan ikisinin Hendra və Nipah xəstəliklərinin törədicilərinə bənzədiyi müəyyən edilib. Bu patogenlər yarasalarla insanların təması nəticəsində yeni zoonoz infeksiyaların yayılmasına səbəb ola bilər.
Yarasaların yaydığı virusları, bakteriyaları, göbələkləri və digər patogenləri müəyyən etmək məqsədilə böyrək toxumalarından nümunələr götürülüb, xarici mənşəli DNT ayrılaraq onun genetik strukturu oxunub. Analiz nəticəsində məlum olub ki, Cənubi Çin yarasalarının orqanizmində 12 fərqli ailəyə aid 22 virus, eləcə də bir neçə növ bakteriya və ibtidai orqanizm mövcuddur.