...

Azərbaycanda sürətli pul köçürmə sistemləri ilə banka daxilolmalar artıb

İqtisadiyyat Materials 26 İyun 2025 15:00 (UTC +04:00)
Azərbaycanda sürətli pul köçürmə sistemləri ilə banka daxilolmalar artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin iyunun 1-nə Azərbaycanda sürətli pul köçürmə sistemləri ilə banklara 300,5 min ədəd əməliyyat üzrə 157,1 milyon manat vəsait daxil olub.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə aparılmış əməliyyatlar üzrə 9,5 min ədəd və ya 3,3%, vəsait həcmi üzrə isə 13,1 milyon manat və ya 9,1% çoxdur.

Hesabat dövrü ərzində bir ödənişin məbləği 522,7 manat təşkil edib ki, bu da 2024-cü ilin iyunun 1-nə olan göstəriciyə nisbətən 28 manat və ya 5,7% çoxdur.

Eyni zamanda cari ilin iyunun 1-nə Azərbaycanda sürətli pul köçürmə sistemlər ilə banklardan kənara 87,8 min ədəd əməliyyat üzrə 43,2 milyon manat vəsait köçürülüb. Bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə aparılmış əməliyyatlar üzrə 14,6 min ədəd və ya 16,6%, vəsait həcmi üzrə isə 3,9 milyon manat və ya 8,3% azdır.

Dövr ərzində sürətli pul köçürmə sistemləri ilə banklardan kənara köçürmələr üzrə bir ödənişin məbləği 492,2 manata bərabər olub ki, bu da 2024-cü ilin iyunun 1-nə olan göstəriciyə nisbətən 32 manat və ya 7% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti