...

Avropa Komissiyası rəhbəri etimadsızlıq səsverməsi ilə üzləşə bilər

Dünya xəbərləri Materials 26 İyun 2025 16:31 (UTC +04:00)
Avropa Komissiyası rəhbəri etimadsızlıq səsverməsi ilə üzləşə bilər
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen COVID-19 pandemiyası dövründə vaksinlərin satınalınması ilə bağlı qalmaqal səbəbilə etimadsızlıq səsverməsi ilə üzləşə bilər.

Trend xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti yazır.

Qeyd edilir ki, Avropa Parlamentindəki ifrat sağçı deputatlar bildirirlər ki, fon der Lyayenin əczaçılıq şirkətinin rəhbəri ilə yazışmaları ilə bağlı Avropa İttifaqı məhkəməsinin qərarından sonra, Avropa Komissiyasının bütün heyətinin istefasını tələb edən müraciətlərinə kifayət qədər dəstək toplayıblar.

Xatırladaq ki, mayın 14-də Avropa Ədalət Məhkəməsi AK rəhbərini 2021–2023-cü illərdə COVID-19 vaksinlərinin satınalınması üzrə müqavilələrlə bağlı məlumatların gizlədilməsində cavabdeh bilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti