...

İt ölçülərində olan yeni dinozavr növü kəşf olunub

Maraqlı Materials 26 İyun 2025 17:47 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Alimlər it ölçülərində olan yeni dinozavr növü kəşf ediblər. “Enigmacursor mollyborthwickae” adı verilmiş həmin canlının 150 milyon il əvvəl indiki ABŞ ərazisində steqozavr və diplodok kimi məşhur növlərlə eyni dövrdə yaşadğı təxmin edilir.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, bir çox sümüklər 2021–2022-ci illərdə Koloradoda tapılıb, lakin kəllə və onurğa sütununun bəzi hissələri olmadığından, alimlər onun dəqiq uzunluğunu müəyyən edə bilməyiblər.

Sümükləri ətraflı şəkildə araşdıran mütəxəssislər bu nümunənin daha əvvəl məlum olan heç bir növə bənzəməyən unikal xüsusiyyətlərə malik olduğu qənaətinə gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti