Bakı. Trend:
2025/26 mövsümündə Misli Premyer Liqasında mübarizə aparacaq "Karvan" daha iki futbolçusu ilə yollarını ayırıb.
Trend xəbər verir ki, bu brədə klubun mətbut xidməti məlumat yayıb.
Belə ki, 24 yaşlı müdafiəçi İzzət Müştaqov və 23 yaşlı müdafiəçi Elvin İsmayılovla başa çatan müqavilələr yenilənməyib. Yevlax təmsilçisi futbolçuların hər birinə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.
Hər iki oyunçu 2023-cü ilin yayından "Karvan"ın formasını geyinirdi.