...

ABŞ-nin zərbələrindən əvvəl İranın nüvə obyektlərindən uran çıxarılmayıb - Tramp

Dünya xəbərləri Materials 26 İyun 2025 19:15 (UTC +04:00)
ABŞ-nin zərbələrindən əvvəl İranın nüvə obyektlərindən uran çıxarılmayıb - Tramp

Bakı. Trend:

İran ABŞ hava hücumlarından əvvəl zənginləşdirilmiş uranı nüvə obyektlərindən çıxara bilməyib.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

"Hadisə yerində olan minik avtomobilləri və kiçik yük maşınları beton tökən və girişləri bağlamağa çalışan fəhlələrə məxsus olub. Obeyktədn heç nə çıxarılmayıb. Bu çox uzun çəkəcəkdi, çox təhlükəli idi və çox ağır və hərəkət etmək çətin idi!" - deyə o bildirib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.

Bu gün İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti