...

Maria Fernanda Espinoza Londonda Nizami Gəncəvinin təbiətlə insan harmoniyasını əks etdirən xüsusi poemasını təqdim edib (VİDEO)

Cəmiyyət Materials 26 İyun 2025 14:27 (UTC +04:00)
Maria Fernanda Espinoza Londonda Nizami Gəncəvinin təbiətlə insan harmoniyasını əks etdirən xüsusi poemasını təqdim edib (VİDEO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü, BMT Baş Assambleyasının sabiq Prezidenti xanım Maria Fernanda Espinoza London İqlim Həftəsi çərçivəsində keçirilən yüksək səviyyəli tədbirdə Azərbaycanın dahi mütəfəkkiri Nizami Gəncəvinin təbiətlə insan harmoniyasını əks etdirən xüsusi poemasını təqdim edib.

Bu barədə Trend-ə Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən məlumat verilib.

“Nizami Gəncəvi əsərlərində insanın təbiət qarşısındakı məsuliyyətini və kainatla harmoniyada yaşamaq zərurətini dərin fəlsəfi düşüncə ilə ifadə edirdi. Onun bu mesajları bu gün iqlim böhranı dövründə xüsusi aktuallıq kəsb edir”, - xanım Espinoza çıxışında vurğulayıb.

Bildirilib ki, London İqlim Həftəsi qlobal iqlim gündəliyinin formalaşdırılmasında aparıcı platformalardan biridir. Hökumət nümayəndələri, beynəlxalq təşkilatlar, biznes liderləri və vətəndaş cəmiyyətinin iştirak etdiyi bu həftə iqlim dəyişikliyi ilə mübarizədə birgə səylərin vacibliyini ön plana çıxarır.

Əlavə edilib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi artıq ikinci ildir ki, London İqlim Həftəsinin tərəfdaşı kimi bu mühüm qlobal platformada iştirak edir. Mərkəz iqlim diplomatiyasının gücləndirilməsi, COP29 zamanı Azərbaycanda əldə olunmuş təcrübənin paylaşılması və COP30 prosesinə töhfə verilməsi istiqamətində öz rolunu genişləndirməkdədir.

Qeyd edilib ki, xanım Espinozanın təqdim etdiyi poema yalnız poetik bir əsər deyil, həm də çağırışdır — insanın təbiətlə yenidən barışması, gələcək nəsillər üçün dayanıqlı həyat tərzinin təmin olunması məqsədilə birgə məsuliyyətə dəvətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti