...

Bakıda Azərbaycan-Özbəkistan biznes forumu keçiriləcək

İqtisadiyyat Materials 26 İyun 2025 16:54 (UTC +04:00)
Bakıda Azərbaycan-Özbəkistan biznes forumu keçiriləcək
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 2-də Bakıda Azərbaycan-Özbəkistan biznes forumu keçiriləcək.

Trend xəbər verir ki, forumda Azərbaycan və Özbəkistanın iqtisadi potensialının təqdim edilməsi, eləcə də qarşılıqlı investisiya imkanları barədə məlumat veriləcəyi gözlənilir.

İştirakçılar iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın gələcək inkişafı üçün perspektivli istiqamətləri müzakirə edəcəklər.

Tədbirdə dövlət qurumları və işgüzar dairələrin nümayəndələri (G2B), eləcə də hər iki ölkənin sahibkarları (B2B) arasında danışıqlar aparılacaq.

Təşkilatçılar qeyd edirlər ki, forum işgüzar əlaqələrin qurulması, təcrübə mübadiləsi və birgə layihələrin müzakirəsi üçün səmərəli platformaya çevriləcək.

Xəbər lenti

Xəbər lenti