...

Xamenei İranın ABŞ-yə qalib gəldiyini elan edib

Dünya xəbərləri Materials 26 İyun 2025 14:56 (UTC +04:00)
Xamenei İranın ABŞ-yə qalib gəldiyini elan edib
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran ötən günlərdə davam edən müharibədə ABŞ-yə qalib gəlib.

Trend-in məlumatına görə, bu, İranın Ali Lideri Ayətulla Seyid Əli Xamenei İran xalqına müraciətində bildirib.

Onun sözlərinə görə, ABŞ İsrailin tam məhv olacağını anladığı üçün İrana hücum edib və qarşılıqlı olaraq İrandan cavab alıb.

Xamenei əlavə edib ki, İrana qarşı hücumlar nəticəsində təxminən 90 milyon İran vətəndaşı vahid səslə, çiyin-çiyinə bir-birinin yanında dayanıb, İran Silahlı Qüvvələrinin addımını dəstəkləyib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.

Bu gün İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.

Xəbər lenti

Xəbər lenti