...

Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə danışıqlar dalana dirənməyib - Ermənistan XİN

Siyasət Materials 26 İyun 2025 14:49 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə danışıqlar dalana dirənməyib və dialoq davam edir.

Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan keçirdiyi brifinqdə bildirib.

“Mən bu prosesi çıxılmaz kimi qiymətləndirməzdim, çünki belə qiymətləndirmə üçün hər hansı müzakirənin olmaması kimi bir vəziyyət olmalıdır, halbuki müzakirələr davam edir”, – deyə o vurğulayıb.

Nazir müavini bildirib ki, Ermənistan və Azərbaycanın nümayəndələrinin yaxın vaxtlarda sülh sazişi üzrə müzakirələr aparmaq üçün görüşəcəyinə ümidvardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti