Bakı. Trend:
Daxil olan əməliyyat məlumatı əsasında paytaxtın Sabunçu, Yasamal
və Yevlax rayonlarında keçirilən əməliyyatlarla əvvəllər məhkum
olunmuş 59 yaşlı Şəhla Kərimova, onunla əlbir olan 31 yaşlı Əbəlfəz
Şərifov, 37 yaşlı Babək Talıbov, 29 yaşlı Eyvaz Məmmədov və 43
yaşlı Çingiz İsmayılov tutulublar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, onlardan
60 kiloqrama yaxın tərkibi zərərli maddələrlə zənginləşdirilmiş
marixuana, elektron tərəzilər və bank kartları aşkarlanıb.
Belə ki, onlar ifadələrində narkotik vasitələri şəxsiyyətləri
istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə əldə
etdiklərini və maddi gəlir qazanmaq məqsədilə ayrı-ayrı ünvanlara
çatdırmaq niyyətində olduqlarını bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki,Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə tədbirləri davam etdirilir.