...

Qazaxıstanda yağ emalı zavodunda partlayış: çoxlu sayda yaralı var

Dünya xəbərləri Materials 26 İyun 2025 12:48 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstanın şimalında yerləşən İlyiçevka kəndində “Tanınşa may” müəssisəsinə məxsus yağ emalı zavounda qaz partlayışı baş verib.

Trend xəbər verir ki, bu barədə Qazaxıstan FHN-in mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, qazholderin doldurulması zamanı şlanq qırılıb. Nəticədə qaz sızması baş verib və yeraltı anbarın armaturu yanmağa başlayıb.

Hadisə nəticəsində 9 nəfərin müxtəlif dərəcəli yanıq xəsarətləri aldığı bildirilir. Yanğının söndürülməsinə FHN-nin 80 xilasedicisi və 20 ədəd texnikası səfərbər olunub.

İnsidentlə bağlı cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti