...

Azərbaycandan İtaliyaya pul köçürmələri artıb

İqtisadiyyat Materials 26 İyun 2025 14:45 (UTC +04:00)
Azərbaycandan İtaliyaya pul köçürmələri artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin birinci rübündə Azərbaycandan İtaliyaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,457 milyon ABŞ dolları təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 428 min ABŞ dolları və ya 41,6% çoxdur.

Hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində İtaliyanın payı 1,3% təşkil edib.

Həmçinin cari ilin ilk rübündə İtaliyadan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 708 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk rübündəki göstərici ilə müqayisədə 36 min ABŞ dolları və ya 5,4% artım deməkdir.

Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində İtaliyanın payı 0,3% təşkil edib.

2024-cü ilin birinci rübündə Azərbaycandan İtaliyaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,029 milyon ABŞ dolları, əks istiqamətdə isə 672 min ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2025-ci ilin ilk rübündə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 112,674 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 18,811 milyon ABŞ dolları və ya 14,3% azdır.

Eyni zamanda hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 229,494 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin ilk rübündəki göstərici ilə müqayisədə 64,926 milyon ABŞ dolları və ya 22,1% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti